• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1750
— 08.10.2022 12:49

Sağlamlıq turizmi mövzusunda beynəlxalq elmi konfrans keçirilir

KepezTV Player

Naftalanda sağlamlıq turizmi mövzusunda beynəlxalq elmi konfrans keçirilir. “Naftalan - Sağlamlıq və Turizmin Sinerji Mənbəyi. Regionda Yeni Reallıqlar” adlı beynəlxalq elmi konfransın keçirilməsində əsas məqsəd Naftalan şəhərinin regionda kurort fəaliyyətinin və turizmin inkişafında sinerji mənbəyi kimi rolunun və potensialının dəyərləndirilməsidir.Çıxış edənlər bildiriblər ki, son 6 il ərzində Naftalanda sağlamlıq turizmi potensialının inkişaf etdirilməsi üçün investisiya qoyuluşunda güzəştlərin tətbiqi ilə həm yeni infrastrukturun yaradılması, həm də mövcud infrastrukturun bərpası və yenidənqurulması istiqamətində irimiqyaslı işlər aparılıb. O da qeyd edilib ki,işğaldan azad olunan torpaqlarımızda ilk turizm məqsədli mərkəz Suqovuşanda formalaşdırılır. Hazırda icra mərhələsində olan Suqovuşan turizm kompleksinə məsafə baxımından yaxınlıq Gəncə ilə yanaşı, həm də Naftalandan oraya turist səfərlərinin təşkil olunacağını deməyə əsas verir. Bu isə əlavə biznes sahələrinin yaradılmasına öz müsbət təsirini göstərəcək.