• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1601
— 08.10.2022 12:09

44 günlük Vətən müharibəsinin xronikası: 8 oktyabr

KepezTV Player

İki il öncənin 8 oktyabr tarixində, Vətən Müharibəsinin 12-ci günündə səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam rayonlarının kəndlərini artilleriya atəşinə tutub, ölən və yaralananlar olub.Ermənistanın Gəncəyə raket zərbələri endirməsi nəticəsində bir neçə mülki obyektə, avtomobilə və yaşayış binasına maddi ziyan dəyib. Bərdə "Toçka-U" kompleksindən atəşə tutulub, raket restorana və məktəbin yaxınlığına düşüb, 7 nəfər yaralanıb. Düşmənin Bərdə və Tərtəri atəşə tutan "Qrad"ı məhv edilib. Goranboyda ermənilər tərəfindən atılmış 10 ədəd raket aşkarlanıb.