• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1598
— 07.10.2022 20:02

Sakinlərin həkimlərə müraciətlərinin sayı artıb

KepezTV Player

Bölgələrdə əhaliyə göstərilən tibbi xidmətlərin kefiyyətinin artırılması paytaxtda və digər şəhərlərə həkimə üz tutanların sayını azaldıb. İndi region sakinləri  yalnız müayinə və müalicəsi bölgədə mümkün olmayan xəstəliklərlə bağlı ixtisaslaşdırılmış tibb müəssisələrinə yönləndirilirlər. Əməkdaşlarımız əhali sayına görə Qərb bölgəsinin ən böyük rayonu olan Şəmkirdə İcbari Tibbi Sığortanın tətbiqi və xəstəxanalarda vətəndaşlara göstərilən tibb xidməti ilə maraqlanıb.

Şəmkir Rayon Mərkəzi Xəstəxanası ucqar dağ rayonu olan Gədəbəy sakinlərinə də xidmət edir. Xəstəxanada əhaliyə günün tələbləri səviyyəsində tibbi xidmət gsötərilməsi üçün hər cür şərait yaradılıb. Rayonda İcbari Tibbi Sığortanın tətbiqi isə səhiyyə ocağına müraciətlərin sayını kəskin artırıb.

Xəstəxananda stasionar müalicəyə cəlb olunan xəstələrin sayı da artıb. Vətəndaşlar bir qayda olaraq əvvəlcə  növbəlilik əsasında tibbi  və laborator müayinələrə cəlb olunur. Daha sonra təyinata uyğun müalicələrə cəlb olunurlar.

İcbari Tibbi Sığortanın tətbiqi yerlərdə müalicəsi və müayinəsi mümkan olmayan xəstəliklərlə bağlı paytaxtda fəaliyyət göstərən ixtisaslaşdırılmış xəstəxanalara müraciətlərin sayına da təsirsiz ötüşməyib.  Əvvəllər Şəmkir rayonundan ayda cəmi 5 - 6 nəfər Bakı və digər böyük şəhərlərə göndəriş alırdısa inid bu rəqəm 50-60-a yüksəlib.

Keyfiyyətli tibbi xidmətin göstərilməsi infrastruktur və kadr təminatı ilə bağlıdır. Şəmkir rayonunda hazırda 250-dən çox ixtisaslı həkim çalışır.