• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1351
— 07.10.2022 16:40

Salat yeyən şagirdlər məktəbdə zəhərləndi

KepezTV Player

Gəncədə məktəblilər arasında zəhərlənmə halı baş varib. Hadisə dərs zamanı hazırlanan salatdan şagirdlər daddıqdan sonra yaşanıb.

Zəhərlənmə əlamətləri ilə xəstəxanaya müraciət günorta saatlarında baş verib. 6 məktəbli 2010-cu il təvəllüdlü Yusif Anar oğlu Əlizadə, Ayşə Ramin qızı Babayeva, Nuray Nicat qızı Paşayeva, 2011-ci il təvəllüdlü Məhəmməd Mətləb oğlu Bağırov, Zeynəb Seymur qızı Heydərova və Aytac Samir qızı Aslanova Abbas Səhhət adına şəhər xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə gətirilib.

Hadisə 3 N-li məktəbdə baş verib. Özü də texnologiya fənninin keçirildiyi ikinci dərs zamanı.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi baş verən hadisə ilə bağlı açıqlama yayıb. Bildirilib ki, zəhərlənmə faktı dərs zamanı hazırlanan salatdan dadan şagirdlər arasında baş verib.

Baş verən hadisə ilə bağlı araşdırma aparılır.