• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1079
— 05.10.2022 20:14

Peşə bayramında pedaqoqlar təltif edilib

KepezTV Player

Ölkə başçısının sərəncamı ilə Gəncə-Daşkəsən regional təhsil idarəsinin tabeliyində olan məktəblərdə çalışan müllimlərdən 7-si əməkdar müəlim adına layiq görülüb, 3 nəfər tərəqqi medalı,  1 müəllim isə qabaqcıl təhsil işçisi döş nişanı ilə təltif olunub. 2 nəfərə isə Elm və Təhsil Nazirliyinin fəxri fərmanı təqdim edilib. Gəncədə Beynəlxalq Müəllimlər günü münasibəti ilə keçirilən tədbirdə həmin pedaqoqlar təbrik edilib, gələcək fəaliyyətlərində uğurlar arzulanıb. Həmçinin görüşdə Gəncədə 45 orta məktəb və 3 internat tipli gimnaziyada ümumilikdə 42 minə yaxın  şagirdə 4 minə yaxın pedaqoqun dərs keçdiyi vurğulanıb. Bu müəllimlərdən də 500  nəfərə yaxını gəncdir. Tədbirdə bir qrup pedaqoqa fəxri fərmanlar və hədiyyələr təqdim edilib.