• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1476
— 05.10.2022 12:01

Qəzada 2 nəfər xəsarət alıb

KepezTV Player

Gəncə şəhəri Atatürk prospekti ilə Sidqi Ruhulla küçəsinin kəsişməsində yol qəzası baş verib. Hərəkətdə olan "VAZ 2109" markalı minik maşını ilk öncə dayanıqlı vəziyyətdə olan 9 saylı xətt üzrə işləyən "İsuzu" markalı sərnişin mikroavtobusa, daha sonra isə ağaca çırpılıb.  Hadisə nəticəsində mikroavtobusdan düşən sərnişin və VAZ markalı minik avtomobilin sürücüsü Kənan Kamran oğlu Vəlili xəsarət alıb. Hadise yerine polis əməkdaşları cəlb olunublar. Fakt araşdırılır.

Goranboyun İrəvanlı kəndində hərəkətdə olan "Mercedes" markalı minik maşınının sürücüsü 1990-ci il təvəllüdlü İlkin Səfər idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Sürücü xəsarət alıb, anası 1962-ci il təvəllüdlü Səyarə Rəhimova hadisə yerində ölüb. Fakt araşdırılır.