• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1473
— 04.10.2022 22:20

Avtovağzalın problemləri niyə həll edilmir?

KepezTV Player

Avtovağzal. Sərnişinlərin istiqamətləndiyi, oturub avtobus gözlədiyi, bilet aldığı məkan. Amma Göygöldə sərnişinlərin bu sarıdan bəxti elə də gətirməyib. Nə mənzil başına normal avtobus və mikroavtobuslarla çatırlar, nə də taksilərin əlindən avtovağzalın "xidmətlərindən" istifadə edə bilirlər. Qarşıdakı sujetdən niyəsini öyrənəcəyik.

Göygöl rayon avtovağzalı Azərbaycan bayrağı ordenli şəhid Azay Kazımovun adını daşıyan küçədə yerləşir. 30 ilə yaxındır ki, fəaliyyət göstərən avtovağzaldan gün ərzində rayon daxili 5, Gəncəyə 10 nəqliyyat vastəsi ilə, eləcə də rayonun digər kəndlərinə mütamadi olaraq sərnişin daşınır. Ancaq avtoğazal bnasının kiçik, gözləmə zalının darısqal olması sərnişinləri narazı salan məqamdır. Bundan başqa avtovağzalın ana və uşaq və tibbi müayinə otaqlarının qapıları axırıncı dəfə nə vaxt açıldığınə görən olmayıb. Binanın ikinci mərtəbəsindəki gözləmə zalı isə iaşə obyekti kimi fəaliyyət göstərir ki, bu da ayrıca vurğulanası məsələdir. O ki qaldı avtobusların vəziyyətinə, o da avtovağzaldan heç nəyi ilə fərqlənmir. Oturacaqları sınıq, salonu  toz-torpaq, istismar müddətini də çoxdan başa vurublar.

Gördüyünüz bu mikroavtobus Göygöl rayonun Mollacəlil kəndinə sərnişin daşıyır. Ötən əsrin 70-80-ci illərinin istehsalı olan bu mikroavtobus öz istismar müddətini başa vurub. Şübhəsiz ki, istismar müddətini başa vuran bu cür miroavtobuslarla sərnişin daşınması olduqca təhlükəlidir.

Mustafa Əhmədov  sərnişin: Marşurutlar qırılır, yolda dayınır, xarab olur. Sərnişinlər piyada da qalır.

Nuriyyə Bayramova  sərnişin: Yeni marşurutlar gəlsin, müasir, səviyyəli olsun. Biz də onlardan istifadə edəndə rahatlıq, təmizlik tapaq.

Rasim Sofiyev  sərnişin: Olsa yaxşı olar. Onun sınmağıdır, içəridə toz olmağıdır, oturacağın nasaz olması təsir edir.

Sevinc Nəsirova  sərnişin: Əlbəttə ki, hamı üçün problemlər yaradır, narahatçılıqdır. Oturacaqların çirkli olması pisdi.  Müasir avtobuslar olsa bütün sərnişinlər üçün çox rahat olardı.

Elçin Babayev  sürücü: İstiyərdik ki, təzə avtobuslar olsun. İşləyək camaat da narazı olmasın.

Məsələyə avtovağzal rəsmisindən də münasibət gəlib. Özü də nikbin.

Vüsal Mövlayev Avtovağzal nəzarətçisi: Təzə qrum yaranıb, onunla bağlı bizə kömək edəcəklər. Bizdə öz işimizdə irəli gedib təzə avtobuslarımızı gətirməyi fikirləşirik. İnşallah yaxın günlərdə olar. Bu yaxın günlərdə biz təmirə başlayacağıq. Salamatçılıq olsun hər şey öz qaydasına düşəcəkdir.

Avtovağzalın ətrafında da vəziyyət arzuolunan deyil. Görünür avtobusların vəziyyətindən yararlanan taksilərdir. Amma nə yol nişanının tələbi gözlənilir, nə dayanma-durma qaydasına əməl olunur, nə də taksi sürücüləırinin əlindən avtovağzala daxil olmaq mümkündür.

Bura Göygöl rayon avtovağzalının qarşısıdır. Avtovağzalın qarşısında yolun sağ tərəfində qadağan olunan yol nişanı qoyulub. Ancaq buna baxmıyaraq Göygölün kəndlərinə işləyən taksilər bu qadağan olunan nişanın qarşısında duraraq fəaliyyət göstərirlər.

Çəkiliş müddətində əraziyə gələn Göygöl rayon Polis şöbəsinin Post Patrul Xidməti və Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən sərnişinlərin və avtomobillərin hərəkətinə manelər aradan qaldırıldı. İnanmaq istərdik ki, sıxlığı tez bir zamanda tənzimləyən qanun keşikçilərinin yaratdığı nizam-intizam daimi olacaq.

Qaydaları pozana sürücülər barəsində inzibati xətalar məcəlləsinin müvafiq maddəsi ilə pratakol tərtib olunur. Onlar inzibati məsuliyyətə cəlb edilirlər. Sürücülərdən xahiş olunur ki, bu tip nüanslara diqqət yetirsinlər. Çünki dayanma durma nişanı nəqliyyatın sız olduğu yerdə, nəqliyyatın sız olduğu yerdə qoyulur ki, orada avtomobil dayanan zaman orada tıxaca çevrilə bilər. Analoji tədbirlərimiz bundan sonrada davam etdiriləcəkdir.

Görünən odur ki, Göygölə giriş nə rayona, nə sakinlərinə, nə də buraya gələn turislərə xoş olan mənzərə deyil. Səfalı təbiəti ilə cəlbedici olan rayonun infrstruktur baxımından da göz oxşaması heç də pis olmazdı.

Elnur Vahidoğlu