• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1214
— 03.10.2022 20:09

Sığortadan sonra xəstəxanalarda sıxlıq

KepezTV Player

Artıq iki ildir ölkə vətəndaşlarına dövlət və özəl tibbi müəsssələrdə xidmətlərdən tam ödənişsiz istifadə imkanı yaradılıb. Bu icbari tibbi sığortanın tətbiqi sayəsində mümkün olub. Bu proqramın  üstünlüyü ilə yanaşı tətbiqi bəzi xəstəxanalarda sıxlığa gətirib çıxarıb ki, bu da vətəndaşlar bir qədər narazı salan məqamdır.

Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə mərhələli şəkildə 1 yanvar 2020- ci il tarixindən başlanılıb. 2021-ci ilin aprelindən isə proses bütün ölkəni əhatə edir. Hazırda Gəncədə 5 dövlət, 3 özəl tibb müəssəsində icbari tibbi sığorta tətbiq olunur.

Bu sistemin tətbiqi həm də maliyyə məhdudiyyətinin qarşısının alınması və tibb sektorunu daha yaxşı inkişafa motivasiya etmək üçün hesablanıb. Məqsəd tibbi xidmətləri vətəndaşlar üçün əlçatan etməkdir. Ancaq bəzən bu əlçatlıq xəstəxanalarda sıra gözləməklə ləngiyir.

Müşahidə apardığımız tibbi mərkəzdən bildirildi ki, əvvəlki dövrlə müqayisədə müraciət edən pasientlərin sayında 3 dəfə artım müşahidə olunur. Sıxlığın əsas səbəblərindən biri də sakinlərin əsasən səhər saatlarında müraciəti ilə bağlıdır.

İcbari tibbi sığortanın xidmətlər zərfində 2550 xidmət var ki, vətəndaşlar bundan ödənişsiz şəkildə yararlana bilərlər. Xidmətlərin zənginliyi, müraciətlərin çoxluğu isə bəzi hallarda sıxlıq yaradır.

İcbari tibbi sığorta Gəncə də daxil olmaqla ölkənin 36 şəhər və rayonunda tətbiq olunur. Ölkə üzrə isə 25 milyondan çox tibbi xidmət vətəndaşlara icbari tibbi sığorta çərçivəsində göstərilib. Xəstəxanalardakı sıxlığın qarşısı almaq üçün qarşıdakı günlərdə  xəstəxanalara növbə aparatlarının quraşdırılması da nəzərdə tutulur.