• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1936
— 03.10.2022 20:08

Erməni terrorçuluğunun daha bir istiqaməti - mina təhlükəsi

KepezTV Player

Ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri terrorçuluq siyasətinin bir istiqaməti olan minalardan daha geniş danışmağa ehtiyac var. Son günlər Azərbaycanın üç müxtəlif rayonunda mina partlayışları baş verdi. Füzuli, Tərtər və Xocavənddə qeydə alınan hadisələr nəticəsində 2 nəfər həyatını itirdi, 4 nəfər xəsarət aldı. Bu Azərbaycanda mina qurbanlarının artan sayından xəbər verir, Ermənistan isə bununla bağlı götürdüyü öhdəlikləri hələ də yerinə yetirmək istəmir.

Minalarla bağlı məsələ Cenevrədə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşndə də qaldırılıb. Ceyhun Bayramov  Ermənistan tərəfinin Azərbaycan ərazisində çoxsaylı faciəvi itkilərə səbəb olan minalar yerləşdirməkdə davam etməsinin qəbuledilməzliyini vurğulayıb, bunun Üçtərəfli bəyanat üzrə Ermənistanın öhdəliklərinin kobud pozuntusu və hərbi cinayət olduğunu diqqətə çatdırıb.

Bəyanatın imzalandığı vaxtdan - 2020-ci ilin noyabrından bu günədək 250-dək şəxs mina partlayışlarının qurbanı olub. Onların da əksəriyyəti mülki şəxslərdir.

Ermənistan rəhbərliyi mina xəritələrinin verilməməsi ilə yanaşı, yeni minaların basdırılması ilə də hərbi cinayətlərini davam etdirir. İşğaldan azad olunmuş Azərbaycan ərazilərində, Kəlbəcərdə, Laçında 2021-ci ildə Ermənistanda istehsal edilmiş çox sayda minanın tapılması buna bariz misaldır. Dünya ictimaiyyəti isə hələ də ədalətsiz mövqeyində qalmaqda davam edir. Ermənistanın Azərbaycan ərazilərini yenidən minalamasına göz yumulur.

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən minalarla çirkləndirilməsi insan həyatına ciddi təhlükə olmaqla bərabər işğaladan azad edilən  ərazilərimizdə firavan həyatın bərpası üçün əlavə maliyyə və vaxt itkisi deməkdir. Ermənistan mina təhdidləri ilə bir daha bölgədə dayanıqlı sülhün bərqərar olmasına maraq göstərmədiyini nümayiş etdirir.