• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1128
— 03.10.2022 16:03

Prezident Sərəncamlar imzalayıb

KepezTV Player

Prezident İlham Əliyev 2022/2023-cü tədris ilində Azərbaycanın ali məktəblərinə daxil olan tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, 2022/2023-cü tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərən və ali məktəblərə daxil olan 102 tələbəyə Prezident təqaüdü verilir.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Cüdo Federasiyasının 50 illik yubileyi münasibətilə Azərbaycan cüdosunun inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. Sərəncamla Tərlan Həsənov və Əhməddin Rəcəbli “Şöhrət” ordeni, Kələntərov Ceyhun Musa oğlu isə “Tərəqqi” medalı ilə mükafatlandırılıb. Eyni zamanda Dövlət başçısının digər sərəncamı ilə olimpiya çempionu Elnur Məmmədli və Sevda Qarayevaya “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilib.  Prezidentin sərəncamı ilə görkəmli publisist Ömər Faiq Nemanzadənin də 150 illik yubileyi qeyd ediləcək.