• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1689
— 03.10.2022 12:24

Yollarda təhlükə yaradanlar məsuliyyətə cəlb olunublar

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində yol hərəkəti qaydalarını və ictimai asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıblar. Bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərə qanunla qadağan edilməsinə baxmayaraq kosntruksiya dəyişikliyi edərək digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub. Həmin sürücülər saxlanılaraq onlarla profilaktiki söhbət aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb. Qanunsuz dəyişikliklər aradan qaldırıldıqdan sonra nəqliyyat vasitələri istismara buraxılıb. Bundan başqa narkotik vasitənin təsiri altında avtomobil idarə edən Şahin Məmmədov və Fərid Məmmədli barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə şəxslər inzibati qaydada həbs ediliblər.