• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1116
— 02.10.2022 20:28

44 günlük Vətən müharibəsinin xronikası: 2 oktyabr

KepezTV Player

İki il əvvəlin bu günü Azərbaycan ordusunun Vətən müharibəsində əldə etdiyi uğurlara nəzər salaq.2020-ci il oktyabrın 2-də Ordumuz tərəfindən Ağdərə istiqamətində Madagiz ətrafındakı strateji yüksəkliklər ermənilərdən azad olunub. Cəbrayıl-Füzuli istiqamətində qoşunlarımız qarşı tərəfin müqavimətini qıraraq onu geri çəkilməyə məcbur edib. Murov dağı istiqamətində də əməliyyat şəraiti tam nəzarətə götürülüb. Əməliyyatların gedişində düşmənin 5 zirehli və avtomobil texnikası, 3 hərbi infrastruktur obyekti və xeyli sayda canlı qüvvəsi məhv edilib. Ermənilər Ağdamın Birinci Alıbəyli qəsəbəsini, Goranboyun Səfikürd kəndini, Ağcabədinin Hacılar kəndini, Cəbrayılın Cocuq Mərcanlı kəndini və digər yaşayış məntəqələrini ağır silahlardan atəşə tutublar, nəticədə onlarla ev və infrastruktur obyekti dağılıb, yaxud ziyan çəkib.