• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2086
— 02.10.2022 20:44

Xocavənddə bir nəfər minaya düşərək xəsarət alıb

KepezTV Player

Bu gün saat 11 radələrində Xocavənd rayonunun işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində Sabirabad rayon sakini, 2002-ci il təvəllüdlü Rasif Nüsrət oğlu Kərimzadənin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Prokurorluqdan bildirilib ki, ilkin araşdırmalara görə, həmin ərazidə təmir tikinti işləri aparılan zaman fəhlə kimi çalışan Rasif Kərimzadənin müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.Xəstəxanaya yerləşdirilən zərərçəkənin sağ ayağının bir neçə barmağı amputasiya edilib, vəziyyəti stabildir. Faktla bağlı Xocavənd Rayon Prokurorluğunda araşdırma aparılır. ANAMA isə bir daha vətəndaşları məsuliyyətli olmağa, müəyyən olunmuş marşrutlardan kənara çıxmamağa və təhlükəli ərazilərə daxil olmamağa çağırıb.