• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1070
— 02.10.2022 20:40

İgidliyi ilə tarix yazan gizir

KepezTV Player

İndi təqdim edəcəyimiz sujetdə göstərdiyi igidliklə öz adını tariximizə yazan qəhrəman oğullarımızdan biri gizir Azad Kərimov haqqında danışacağıq. İkinci Qarabağ müharibəsində Şuşaya qədər döyüş yolu keçən igidin torpağını, vətənini sevən bir oğul olduğu, göstərdiyi şucayətlərin dillər əzbəri olmasından söz açacağıq.

Aişə Kazımovanın atası da, həyat yoldaşı da Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərdəndirlər. Taleyin qisməti, ya da alın yazısı. Həm şəhid övladı, həm də şəhidin həyat yoldaşı olmaq hər qadına nəsib olmur. Amma qürurlu və fəxrarətlidir bu iki adı öz çiyinləri üstə daşıyan qadın. Həyat yoldaşı gizir Azad Kərimovun Aprel döyüşlərində, Tovuz döyüşlərində, 44 günlük vətən müharibəsində göstərdiyi şücaətlə fəxr edir.

Aişə Kərimova şəhidin həyat yoldaşı: Mən sərhəd kənində yaşamışam yəni balaca vaxtından. Yəni atəş altında böyümüşük. İndi mənim kimi uşaqlarında mənim kimi fəxrlə qeyrətli atalarına layiq övladlar olacaq inşallah. Onları yəni layiqincə böyüdəcəm İnşAllah.

Qəhrəman gizirin keçdiyi bu şərəfli döyüş yolu hər kəs tərəfindən qürurla yad edilir. Çünki bu igidlik əsil qəhrəmanlıq səlnaməsidir.

Bəhruz Hacıyev şəhidin döyüş yoldaşı:44 günlük müharibədə Kərimov Azadla bir yerdə çiyin çiyinə döyüşmüşük. Gizir Kərimov Azad çox cəsur mərd igid bir döyüşçü olub. Hər şeyin öhdəsindən layiqincə gəlib. Çox igid döyüşçü olub. Çox cəsur qormaz. Gözündə heç vaxt qorxu olmayıb. Ancaq gizir Kərimov Azadın fikri o olub ki şəhidimizin yəni son damla qanımıza qədər öz topaqlarımızı düşmən tapdaqlarından azad edəcəyik.

Sonuncu döyüşündə isə o arzusuna nail oldu. 2022-ci il  sentaybarın 12-dən 13-nə keçən gecə Kəlbəcər rayonu istiqamətində düşmən hücumunun qarşısını alarkən şəhidlik zirvəsinə ucaldı.

Nəzakət Kərimova şəhidin anası:Ailəsindən də vətənini çox sevirdi. Atasından anasından hər şeydən çox vətənini sevirdi. Bu yolu seçdi mənim oğlum. Vətən vətən uğrunda.Vətən uğrunda şəhid oldu. Torpaq uğrunda şəhid oldu mənim oğlum. Torpağını sevirdi. Bayrağını sevirdi. Həmişə vətəndən danışırdı. Torpaqdan danışırdı. Deyirdi torpaqlarımızı alacağıq verməyəcəyik düşmənə torpaqlarımızı. Qanımızı tökəcəyik torpaqlarımızı alacağıq.

8 il idi ki ordu sıralarında gizir kimi xidmət edirdi şəhid Azad Kərimov. Hərbi və döyüş təcrübəsi ilə savaş meydanında  düşməni texnika və canlı qüvvə sarıdan  ağır itgilərə məruz qoyan vətən oğlu 44 günlük vətən müharibəsindəki qəhramanlığı da layiqli qiymətini alıb. Övladı əmanət qalan şəhid gizir 14 senytabr 2022-ci il tarixində Qazaxın Daşsalahlı kənd Şəhidlər xiyabanında dəfn edilib.

Elnur Vahidoğlu