• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1901
— 30.09.2022 10:42

44 günlük Vətən müharibəsinin xronikası: 30 sentyabr

KepezTV Player

Vətən müharibəsinin sentyabrın 30-na olan xronikasını təqdim edirik.Ermənistan silahlı qüvvələri “Toçka-U” taktiki raket kompleksini tətbiq edib. Lakin düşmənə məxsus hərbi texnikanın köhnə və keyfiyyətsiz olması səbəbindən atılan raketlərdən üçü partlamayıb.Xocavənd rayonunun Şuşakənd ərazisində düşmənin bir ədəd S-300 zenit-raket qurğusu sıradan çıxarılıb. Ermənistan silahlı qüvvələrinin Tərtər rayonunun Həsənqaya yaşayış məntəqəsi yaxınlığındakı 5-ci motoatıcı alayının 1-ci taboru və Talış istiqamətində yerləşən 6-cı motoatıcı alayının 1-ci taborunun mövqeləri dağıdılıb. Düşmənin cəbhənin Cəbrayıl rayonu istiqamətində döyüş texnikaları məhv edilib.Erməni təxribatı nəticəsində 14 mülki şəxs ölüb, 46 nəfər xəsarət alıb. Düşmən zərbələri nəticəsində Azərbaycanda 9 məktəb zədə alıb.