• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1870
— 29.09.2022 20:03

Legionerlərlə güclənən "Gəncə"

KepezTV Player

Oyunçu seçimində “Kəpəz”in yürütdüyü transfer siyasətini  Nizami yurdunun digər peşəkar komandası – “Gəncə” Basketbol Klubu davam etdirir. “Kəpəz” kimi “Gəncə” də heyəti komplekləşdirmək üçün xarici bazara üz tutur.

“Gəncə” bu vaxta qədər iştirak etdiyi 3 cempionatdan yalnız sonuncusunda legionerlərə güvənib. İlk iki yarışda yerli oyunçulara bel bağlayan kollektivin  2019-2020-ci illər mövsümündə heyətdə Belarus, Moldova, Ukrayna və ABŞ-dan olmaqla 4 legioner oyunçu çıxış edib. Həmin çempionatı 3-cü sırada başa vuran komanda bu mövsüm də çempionluq yarışına iddialı qoşulmaq üçün reqlamentə əsasən heyətinə 3 legioner qatıb. Onlardan 2-si ABŞ, biri isə Syerra-Leonedəndir.

Abdul Aybundu və Kolin Törnerdən fərqli Kristian Hammel ilk dəfə legioner həyatı yaşayacaq. Buna görə o, həyəcanlıdır.

Həyata keçirdiyi transferlərlə indidən rəqiblərinə meydan oxuyan sarı-göylərin əsas silahı isə sözsüz ki, yerli basketbolçu Amil Həmzəyevdi. Təcrübəli oyunçu kapitan kimi üzərinə böyük yük düşdüyünü və çempionatda əsas favoritlərdən olduqlarını deyib.

Bu ilki çempionat digərlərindən fərqlənəcək. Qaydalara görə çempion olan komanda Avroliqaya vəsiqə əldə edəcək.

Azərbaycan çempionatında iştirak edəcək Gəncə komandası iddialılar sırasındadı. Yeni təşkil edilən heyətlə ölkə birinciliyində mübarizə aparacaq kollektivin əsas hədəfi çempionluq, ən azı isə mükafatçılar mövqeyində yer almaqdır.

Komanda çempionat öncəsi Göygöldə hazırlıqdadı. Əcnəbilərlə yanaşı məşqlərdə 10-a yaxın yerli basketbolçu da iştirkak edir. Sarı-göylər daha çox taktiki məşqlər üzərində işləyirlər. 28-ci Azərbaycan çempionatı oktyabrın ikinci ongünlüyündə başlayacaq. “Gəncə” ilk turda evdə Sərhədçinin qəbul edəcək.