• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1902
— 29.09.2022 20:17

Musiqi ilə çalınan tənəffüs zəngi

KepezTV Player

Gəncənin orta məktəblərində adət etmədiyimiz yenilik. Söhbət nə tədrisdən, nə təlim, nə də dərslərlə bağlı dəyişikliklərdən gedir. Yenilik şagird və müəllimlər üçün 5-10 dəqiqəlik nəzərdə tutulan tənəffüs müddətindən gedir. Özü bütün məktəblərdə yox. Söhbətin nədən getdiyini Aişə Rzayevadan öyrənəcəyik.

Beyin stimullaşdırıcısı kimi musiqi nitq bacarıqlarını inkişaf etdirməyə, təhsilin keyfiyyətini yaxşılaşdırmağa kömək edir. Uşaqlar musiqinin köməyi ilə qrammatik normaları daha tez öyrənirlər.

Görünür Gəncənin orta məktəblərində tətbiq edilən musiqi terapiyası da dərsdən-dərsə hazırlaşan şagirdlərin zehni və şifahi nitqinin inkişafına hesablanmış addımdır.

Eşitdiyimiz musiqi sədaları hər hansı tədbirdən və ya konsertdən deyil. Bu musiqi tənəfüsün elan olunduğunu, dərsin bitdiyini bildirir.

Ənənəvi zəngin musiqi sədaları ilə əvələnməsi və tənəffüs müddətində davam etməsi məktəblərin şəxsi təşəbbüsüdür. 4, 11, 14 və 33 nömrəli orta məktəblərdə yeni tədris ilindən dərsin birməsini məhz musiqi sədaları bildirir.

Səsləndirilən musiqilən daha çox vətənpərvərlik mövzusundadır. Estrada, klassik, retro mahnıları eşidərək sinif otaqların dəhlizlərə axışan şagirdlər üçün də bunun nümunəvi əhəmiyyəti var. Bir tərəfdən onların vətənpərvər ruhda formalaşmasında, digər tərəfdən milli musiqimizi daha yaxından öyrənmələrində.

Uşaqlarda mahnılar vasitəsilə bir növ təhsilə olan marağı artırmaq, yetişməklə olan nəslin vətənə bağlılığını təmin etmək, eləcə də tənəffüs dövründə musiqi dinləməklə onların zövqünü formalaşdırmaq təqdirə layiq hal kimi dəyərləndirilir. Digər məktəblərin də bu təşəbbüsə qoşulacağı gözlənilir.

 

Aişə Rzayeva