• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1478
— 29.09.2022 20:21

Su-kanalzasiya xəttlərinin yenilənməsi ikinci mərhələsində

KepezTV Player

Artıq üç ilə yaxındır Gəncədə su-kanalzasiya sisteminin yenilənməsi layihəsində fasilə yaranmışdır. Görülən işlər isə şəhərin cəmi 40%-də boruların yenilənməsini əhatə edib. Son günlərin müşahidələri onu deməyə əsas verir ki, prosesə qaldığı yerdən başlanılıb. Özü də əvvəlkindən daha sürətli formada.

Layihəyə görə Gəncədə su-kanalzasiya xətlərinin çəkilişinə şəhərin Təbriz küçəsindən başlanılıb. İlkin olaraq bu küçədə 4 yerdə işlər aparılır. Bu işlər çərçivəsində də müxtəlif diametrli su-kanalzasiya xətləri çəkilir.

Dövlət proqramı çərçivəsində həyata keçirilən işlərə avqustdan başlanılıb. Lahihəyə görə ilin sonuna kimi ümumi üzunluğu 8,4 km olan kanalizasiya, 8,3 km uzunluğunda isə içməli su xətləri çəkilməlidir. Nəticədə şəhər üzrə daha 600 mənzil yeni sistemə qoşulacaq. Bununla da 3 minə yaxın sakin fasiləsiz olaraq içməli sudan istifadə edəcək.

Layihəyə uyğun olaraq tullantı suları Samux rayonu ərazisində inşa ediləcək və məhsuldarlığı sutkada 110 min kubmetr olan təmizləyici qurğuya axıdılacaq. Su-kanalizasiya sisteminin yenilənməsi Gəncədə 450 min nəfər əhalini əhatə etməklə 2011-ci ildən həyata keçirilir. Şəhəri dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək üçün Göygöl, Qızılqaya  və Şəmkirçay su mənbələrindən istifadə edilir. Ötən 9 il ərzində cəmi 70 km su və kanalzasiya xəttləri çəkilib. Şəhər ərazisinin 58%-də işlər görülməmiş qalır.

Elnur Vahidoğlu