• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1162
— 28.09.2022 14:08

2024-cü ilin sonuna qədər bölgələrdə internetə rahatlıqla çıxış təmin ediləcək

KepezTV Player

2024-cü ilin sonuna qədər Azərbaycanın bölgələrində internetə rahatlıqla çıxış təmin ediləcək. Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin məlumatına görə,bu ilin sonuna kimi Azərbaycanın bölgələrində sürətli internetə çıxışın təmin edilməsi üçün ortaq layihənin əsas hissəsi yekunlaşacaq. 2024-cü ilin sonuna kimi isə bu proses tam yekunlaşacaq. Ən azı ucqar bölgələrdə yaşayan 80 faiz tələbə artıq rəqəmsal infrastrukturdan yararlana biləcək. Prosesə Azərbaycanda bu sahədə fəaliyyət göstərən özəl sektor və Azərbaycan Milli Elmlər Akademiyası da cəlb olunacaq.