• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2086
— 27.09.2022 19:05

Müharibə iştirakçıları və şəhid ailələrinin üzvləri işlə təmin edilib

KepezTV Player

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində anım tədbiri keçirilib. Tədbirdən öncə Gəncədə Cəmiyyətin Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş əməkdaşlarının məzarları ziyarət edilib. *** Anım tədbirində Vətən müharibəsində əldə edilən tarixi zəfərin dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malik olduğu vurğulanıb. Şəhid ailələri və qazilərə qayğının dövlətin prioritet istiqamətlərindən biri olduğunu xatırladılıb. Hazırda Cəmiyyətdə 44 nəfər Vətən müharibəsi iştirakçısının, 10 nəfər 1-ci Qarabağ müharibəsi veteranının, 1 nəfər müharibə əlili və 10 nəfər şəhid ailəsi üzvünün çalışdığı diqqətə çatdırılıb. Tədbir çərçivəsində, Vətən müharibəsi şəhidlərinin ailələrinə Cəmiyyətin adından maddi yardım və ərzaq bağlamaları təqdim olunub.