• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1292
— 27.09.2022 16:00

İctimaiyyət nümayəndələri şəhidlərin xatirəsinə ağac əkiblər

KepezTV Player

Vətən Müharibəsinin başlanmasının ikinci ildönümü münasibətilə Naftalan ictimaiyyəti də şəhidlərin əziz xatirəsini yad edib. Anım Günü ilə əlaqədar Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, hüquq mühafizə orqanlarının rəhbərləri, Şəhid ailələri, qazilər şəhidlərin xatirəsinə ucaldılan Memorial Xatirə Kompleksi ziyarət ediblər. Önünə gül dəstələri düzülüb, qəhrəmanların ruhuna dualar oxunub. Tədbir Vətən Müharibəsində həlak olan şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq ağacəkmə aksiyası ilə davam etdirilib. Saat 12-də isə şəhər ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşən, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.