• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1250
— 27.09.2022 16:08

Yürüşlə anılan şəhidlər

KepezTV Player

Anım Günü ilə əlaqədar Şəmkirdə yürüş olub. Rayon ictimaiyyətinin nümayəndələri Bayraq meydanından Şəhidlər Xiyabanına doğru hərəkət ediblər. Yürüş zamanı hərbçilər üçrəngli bayrağımızı çiyinlərində daşıyıblar. Şəhidlər Xiyabanında yeni inşa edilən abidə komlkesi önünə əklil qoyulub.  Şəhidlərin əziz xatirəsini yad edilib. Müasir üslübda inşa edilən kompleksdə Şəmikirli şəhidlərin xatirə lövhələri və şəhidlər haqqında məlumatlar yer alıb. Hətta mobil telefonlar vasitəsilə abidə üzərindəki QR kodu oxutmaqla şəhidlər barədə məlumat əldə etmək mümkündür. Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun qəhrəmanlığından danışıb. 44 günlük müqavimətdən sonra təslim olan Ermənistanın ötən müddət ərzində törətdiyi təxribatlara diqqtət çəkib. Şəhidlərimzinin qanının yerdə qalmadığı vurğulanan tədbirdə məktəblilər bədii kompazisya ilə çıxış ediblər. Saat 12-də isə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon ərazisində avtomobillərin hərəkəti dayandırılıb. Anım Günü ilə əlaqədar Şəhidlər Xiyabanının ərazisində ağacəkmə aksiyası təşkil olunub. Şəmkirlilər şam ağacları ilə ərazinin yaşıllığına töhfə veriblər.