• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 753
— 27.09.2022 16:10

Şəhidlərin fotoları sərgidə nümayiş etdirilib

KepezTV Player

Samux rayonunda keçirilən anım tədbirində də ağacəkmə aksiyası ilə şəhidlərin xatirəsi yad edilib. Aksiyada yerli iqlim şəraitinə uyğun gələn xeyli sayda ağac əkilib. Şəhidlər Abidə kompleksinin önünə gül dəstələri düzülüb, Vətən övladlarının ruhuna dular oxunub. Məktəblilərin əl işlərindən ibarət rəsm sərgisi  və Samux şəhidlərinin fotolarını özündə əsk etdirən stend nümayiş olunub. Tədbirdə çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev 44 günlük zəfər savaşından söhbət açıb.  Qəhrəman oğulların şücayəti nəticəsində 30 illik həsrətə son qoyulduğu vurğulanıb. Şəhidlərin qanının yerdə qalmadığı, düşmənə layiqli cavab verildiyi qeyd edilib. Tədbirdə Vətən müharibəsinin iştirakçılarına təltif olunduqları medalları təqdim edilib, ədəbi-bədii kompazisya nümayiş etdirilib. Rayon ərazisində şəhidlərin xatirəsi sükütla yad edilib.