• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2081
— 27.09.2022 12:16

Vətən oğullarının xatirəsi iftixarla yad edilir

KepezTV Player

Azərbaycan şəhidlərini anır. Vətən müharibəsinin başlanmasının 2-ci ildönümündə Gəncədə də ictimaiyyət nümayəndələri and yeri olan Şəhidlər Xiyabanına axın edir. İftixar və qürur hissini borclu olduğumuz vətən övladlarının məzarları ziyarət olunur, ruhlarına dualar oxunur. Vətən yolunda canlarından keçən qəhrəmanların xatirəsi fəxrlə yad edilir. Xiyabanda uyuyan 1-ci və ikinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalanların məzarları önünə, eləcə də Əbədi Məşəl kompleksinin qarşısına tər çiçəklər düzülür. Şəhər sakinləri, qazilər, şəhidlərin ailə üzvləri və yaxınları torpaqlarımızın erməni tapdağından qurtulmasında sücaət göstərənlərin xatirəsini ehtiramla yad edir. Gəncə 1-ci Qarabağ müharibəsində 90-I itkin olmaqla 500-ə yaxın şəhid verib. Vətən müharibəsində isə şəhər 96-sı hərbi, 26-sı mülki olmaqla 122 sakininə qoynunda əbədi yer verib.