• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1745
— 27.09.2022 12:19

Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı və İkinci Şəhidlər xiyabanını ziyarət edib

KepezTV Player

Vətən müharibəsinin ikinci ildönümü münasibətilə müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Fəxri xiyabanı və İkinci Şəhidlər xiyabanını ziyarət edib. Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi hörmət və ehtiramla yad edilib. Sonra İkinci Şəhidlər xiyabanı ziyarət edilib. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və ruhlarına dualar oxunub, məzarları ziyarət edilərək üzərlərinə gül dəstələri düzülüb.