• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2432
— 27.09.2022 09:50

Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib

KepezTV Player

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərib.

İjevsk şəhərindəki 88 saylı məktəbdə atışma nəticəsində uşaqların və yaşlıların həlak olması xəbərindən sarsıldığını deyən dövlət başçısı həlak olanların doğmalarına və yaxınlarına Azərbaycan xalqı adından və öz adından dərin hüznlə başsağlığı verib.