• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2257
— 26.09.2022 16:32

Prezident İlham Əliyev Rusiya Dövlət Dumasının Sədrini qəbul edib

KepezTV Player

Prezident: "Sülh bütün ölkələr, bütün xalqlar üçün zəruridir"

Azərbaycanla Rusiya arasında münasibətlər çox müsbət dinamikaya malikdir. Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının Sədri Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib ki,parlamentlərarası əlaqələr sürətlə inkişaf edib. Bu, ölkələrimiz arasında dövlətlərarası münasibətlərin çox mühüm amilidir. Dövlət başçısı əlavə edib ki, münasibətlərin gündəliyi kifayət qədər genişdir, praktiki olaraq bütün sahələri əhatə edir. "Həm siyasi, həm iqtisadi, həm nəqliyyat, energetika və humanitar sahələrdə bütün göstəricilər göz qabağındadır, biz həqiqətən yaxşı dinamika görürük" - Azərbaycan Prezidenti vurğulayıb.

İlham Əliyev Azərbaycan Prezidenti:Əsas məsələ nəticəyə hədəflənməkdir. Çünki razılığa gəldiyimiz bütün məsələlər həyata keçirilir. İqtisadi-ticari sahədə, informasiya, kommunikasiya, nəqliyyat və digər sahələrdə səkkiz yol xəritəsi razılaşdırılıb və həyata keçirilir, hər bir istiqamət üzrə qarşıya qoyulmuş məsələlərin yerinə yetirilməsinin dəqiq qrafiki var və icraya nəzarət edilir. Ona görə biz burada yalnız müsbət nəticə olduğunu deyə bilərik. Bir daha qeyd edirəm, nəticələr bizim ümumi səylərimizlə yaranıb, ölkələrimiz üçün və mənim fikrimcə, bütövlükdə region üçün böyük əhəmiyyət kəsb edir. Əlbəttə, regional təhlükəsizlik məsələləri həmişə bizim münasibətlərimizin gündəliyindədir. Biz bu yaxınlarda Səmərqənddə Rusiya Prezidenti ilə görüşümüzdə bu barədə danışmışıq. Əlbəttə, bizim regionda sülh bütün ölkələr, bütün xalqlar üçün zəruridir. Bizim gündəliyimiz kifayət qədər birmənalıdır. Biz dəfələrlə bildirmişik ki, uzunmüddətli və davamlı sülhün, qonşularımızla bağlı bütün problemlərin həllinin və bu regionun 30 il ərzində olduğu ağır vəziyyətdən çıxmasının tərəfdarıyıq.