• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1982
— 26.09.2022 14:36

Üç böyük küçəni su basıb

KepezTV Player

Gəncədə xan arxının daşması nəticəsində kanalzasiya suları yolllarda çətin vəziyyət yaradıb. Səhər saatlarından müşahidə edilən xoşagəlməz mənzərə yollarla yanaşı sakinlərin evlərinin həyətlərinə də çirkab sularının dolmasına səbəb olub.

Bura şəhərin Təbriz və Bayan küçələrinin kəsişməsi olan hissədir. Məişət tullantılarının kanala atılması nəticəsində Xan arxı daşaraq kanalzasiya suyu yollara axır. Bu da yolllarda hərəkətin məhdudlaşmasına və xoşagəlməz qoxuya səbəb olur.

Mənbəyini Gəncə çayının Firuzabad qəsəbəsində yerləşən su qurğusundan götürən Xan arxı Gəncənin bir sıra küçələrindən keçir. Kanalın daşması nəticəsində isə çirkab sular Bayan, Təbriz və Eminbəyli küçələrində, eləcə də Mahrasa bağı adlanan ərazidə sakinlərin evlərinin həyətlərinə dolub, həmçinin avtomobillərin və piyadaların hərəkətini çətinləşdirib.

İlham Fətəliyev şəhər sakini: Bu kanalın daşma səbəbi nədən ibarətdir. Bu zibil qabları gəlib götürüblər.Biri deyir məni evimin önünə qoymayın iylənir. O səbələrdən götürüblər. cammatda məcbur zibilini atır kanala. Bağları suvarma vaxtı suları kəsirlər bir müddət. Sorada açanda daşır. Gəlir ya küçənin ayağından daşır, ya da burdan daşır. Yəni bu sakinlərin günahıdır.

Sakinlərin sözlərinə görə yaranan xoşagəlməz hadisə ilk deyil. Kanala atılan tullantılar onları tez-tez eyni problemlə üzləşdirir.

Cəfər Abbasov  şəhər sakini:Bura yaxın oluruq. Həmişə mal peyini, fermaların ayağı da bura axır. Zibili də heç kim zibil qabına atmaq istəmir. Ayxındı elə qapıdan çııxb tökürlər. Su bir gün dayananda zibil yığılır ora. İkinci gün içinə nə tökülübsə hamsını belə edir.

Yaranmış vəziyyətlə bağlı kanala xidmət göstərən Göyöl Suvarma Sistemləri İdarəsinə məlumat verilib və onlar tərəfindən əraziyə baxış keçirilib. Yaranan vəziyyətlə bağlı bütün tədbirlər görülsə də əsas problemin sakinlərdən qaynaqlandığı açıqlaması verilib.

Emin Alıyev Göyöl Suvarma Sistemləri İdarəsinin sahə rəisi: Kanalın belə tutulmasında səbəb əhalinin zibil atması, kənar əşyaların ora atılmasıdır. Təmizlik işini də bizim işçilərimizdə texnikalarımız da yeinə yetirir. Demək olar ki, həftədə 2 dəfə. Yeni gəncədə ərazi var bzim texnikalar orda zibil daşıyır. Yenə də bu tutulmalar baş verir. Hər gün atılır. Bu bayan küçəsində həqiqiətən zibil yeşikləri yoxdur. Küçənin iki yerində var. Kəsişmələrdə. Ancaq qalan hamı zinili bura atır. Yenə də baş verəcək bu tutulmalar. Bunun qarşısını almaq bizim gücümüzdə deyiı.

Günorta saatlarına qədər küçələrin suya qərq olmasının qarşısı alınsa da vəziyyətin təkrarlanacağı şübhəsizdir. Burada sakinlərin məsuliyyətli davranmaları ilə yanaşı, əraziyə xidmət edən adiyyatı qurumların da işinə daha ciddi yanaşmasını da qeyd etmək olar.