• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1830
— 26.09.2022 10:15

Azərbaycan və Ermənistan arasında mehriban qonşuluq siyasəti Cənubi Qafqazda sülhün açarıdır

KepezTV Player

Azərbaycan Ermənistana sülh sazişi layihəsinin müzakirəsi üçün görüş yeri və vaxtı təklif edib. Bunu ötən gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, Ermənistanın son təxribatı genişmiqyaslı bərpa işlərinin aparıldığı işğaldan azad edilmiş ərazilərin yaxınlığında həyata keçirilib.Ceyhun Bayramov yenidən YUNESKO-nu işğaldan azad edilmiş ərazilərə missiya göndərməyə çağırıb.

Ceyhun Bayramov xarici işlər naziri: Son təxribat Ermənistanın son 30 ildə göstərdiyi davranışa çox uyğundur. Ötən günlərdə Ermənistan tərəfinin BMT Baş Assambleyasında çıxışı bir daha bu ölkənin münasibətlərin normallaşdırılmasına deyil, qarşıdurmanın davam etdirilməsinə yönəldiyini göstərib. Azərbaycan öz növbəsində gələcək nəsillər üçün daha yaxşı gələcək qurmaq üçün post-münaqişə normallaşmasını hədəfləyir. Azərbaycan və Ermənistan arasında mehriban qonşuluq münasibətlərinin inkişafı Cənubi Qafqazda sülhün açarıdır. Azərbaycan uzun illər Ermənistanı qiymətləndirilmə və regiondakı mədəniyyət abidələrinin qorunmasına köməklik göstərmək üçün YUNESKO-nun müstəqil missiyasını dəstəkləməyə çağırıb. 2020-ci ildə bu torpaqların Ermənistan tərəfindən işğalına son qoyulmasına baxmayaraq, YUNESKO-nun missiyası hələ də bu ərazilərə səfər etməyib. Mən bir daha açıq şəkildə bu missiyanın həyata keçirilməsinə çağırıram.Ermənistan 30 il ərzində bu ərazilərdə etnik təmizləmə aparıb, insanları qanunsuz olaraq ora köçürüb ki, bu da beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır.