• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2338
— 24.09.2022 19:15

Nikah müqaviləsinə maraq niyə azdır?

KepezTV Player

Son illər məhkəmələrdə baxılan mülki mübahisələrin böyük qismi ailə münaqişələrindən qaynaqlanmaqla əmlak xarakterlidir. Belə münaqişələrin əksəriyyəti isə boşanmalar zamanı meydana çıxır. Statistika göstərir ki, Azərbaycanda boşanmaların sayı ilbəil artmaqdadır. Belə olan təqdirdə isə boşanmadan sonra əmlak bölgüsü və aliment tutulması ilə əlaqədar tərəflər az qala düşmənə çevrilirlər. Lakin Qərbdə boşanma zamanı bizim ailələrdə yaşanan problemlərə bənzər problemlər yaşanmır. Bunun əsas səbəbi isə nigah müqaviləsi ilə bağlıdır. Bəs Azərbaycanda bu müqavilə niyə bağlanmır? İnsanların buna münasibəti necədir? Qarşıdakı sujetdə.

Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və ya nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Bu müqavilənin bağlanmaması nəticəsində isə nikah pozularkən çoxlu sayda problemlərin yaranmasına, bir-birini sevən cütlüklərin sonradan məhkəmə dəhlizlərində bir-birinə qəzəb və nifrət püskürməsinə gətirib çıxarır. Müqavilənin bağlanmamasının dərin ictimai səbəbləri olmaqla yanaşı, həm də psixoloji əsasları da var. Bu müqavilənin bağlanması isə gələcəkdə nikahın pozulmasına eyham kimi qəbul edilərək hər vəchlə bu müqavilənin bağlanılmasından vaz keçilir.

Əlbətdə heç bir ailə ayrılmaq üçün qurulmasa da gələcəkdə olacaq boşanmalarda münaqişələrin qarşısını almaq üçün nigah müqaviləsi önəmli faktordur. Bu müqavilə tərəflər arasında yazılı formada bsğlanır və natarial qaydada təsdiq olunur.

Ər-arvad əmlakla bağlı öz aralarında şifahi razılığa gəlsələr belə, nikaha xitam verilən zaman həmin şifahi razılaşmaya əsaslanaraq əmlak iddiası irəli sürə bilməz. Nikah müqaviləsində tərəflərin bir-birini qarşılıqlı saxlaması, bir-birinin gəlirlərində iştirak üsulları, ailə xərclərində iştirak qaydası ilə bağlı öhdəlikləri, ər-arvadın əmlakının hüquqi rejimi müyyənləşdirilir. Bu müqavilə həm də ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair də bağlana bilər

Nikah müqaviləsində qeyd olunmuş tələblərin tərəflərdən birinin istəyi  ilə pozulması və ya icrasından imtina edilməsi yolverilməzdir. Bunun üçün ancaq məhkəmənin qətnaməsi olmalıdır.

Bəzi ekspertlər qanunvericiliyə nikah müqaviləsi bağlanmasının məcburiliyi ilə bağlı dəyişiklik təklif edir. Belə olan halda boşanmaların sayında azalma ola biləcəyini düşünürlər. Amma müqavilənin məcburiləşdirilməsi müqavilə azadlığı prinsipinə ziddir. Müqavilə tərəflərin razılığı ilə, məcburiyyət olmadan, tərəflər heç bir təzyiq altında qalmadan bağlanmalıdır.