• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 780
— 21.09.2022 20:14

Yoldakıların düşdüyü tıxac

KepezTV Player

Ələxsus da tədris ilinin başlanması Gəncədə günün bəzi saatlarında tıxacların yaranmasına gətirib çıxarıb. Düzdür, Bakı ilə müqayisədə ölkənin ikinci böyük şəhərindəki yollarda avtomobillərin hərəkətində qeydə alınan fasilələr o qədər də uzun uzadı olmasa da, amma bunu yaradan obyektiv və subyektiv səbəblər var. Qarşıdakı sujetdə sürücülərin və piyadaların hərəkətini çətinləşdirən problemdən danışacağıq.

Nizami yurdunda əsas tıxac yaranan küçə və prospektlər mərkəzi ərazilərdədir. Nizami, Atatürk, Heydər Əliyev prospektlərində günün səhər, günorta və axşam saatlarında müşahidə olunan maşın növbəsi orta və ali təhsil müəssisələrinin qarşısında da müşahidə edilməkdədir. Təbii ki, bu halın yaranmasını şərtləndirən bir sıra səbəblər var.

Gəncədə tıxaclar əsəsən sürücülərin yol hərəkəti qaydalarını  pozması səbəbindən yaranır. Məsələn bu məkanda dayanma durma nişanı qoyulsa da sükan sahibləri bu nişana əməl etməyərək avtomobillərini burada saxlayırlar. Belə də isə tıxaclar qaçılmaz hal alır.

Avtobus sürücülərinin nəqliyyat vasitələrini dayanacaqlardan kənarda saxlamaları, minik avtomobillərin sahiblərinin ürəkləri istədikləri yeri özləri üçün duracaq seçməsi, taksi fəaliyyəti ilə məşğul olanların zəbt etdikləri yol kənarları həm hərəkəti çətinləşdirir, həm də təhlükə yaradır.

Düzdür yolların geniş olmaması, şəhərdə parklama yerlərinin də o qədər çox olmaması sadalanan səbəblər sırasında yer alsa da bu sürücülərə parketmə qaydalarına əməl edilməmək, nişanın qadağan etdiyi yerlərdə maşınlarını saxlamaq üstünlüyü vermir. Buna nə cür don geyindirilməyindən asılı olmayaraq.

Piyadaların da tıxacların yaranmasında rolu az deyil. Yeraltı və yerüstü piyada keçidlərindən istifadə edilməməsi, harada gəldi avtobusa minmək və ya düşmək, yolu keçərkən ləng hərəkət də az da olsa ümumi mənzərəni formalaşdırır. Lakin formalaşan sürücü mədəniyyəti, nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsində sistemli yanaşma, ictimai parklama yerlərinin yaradılması tıxaclarla bağlı çətinliyin aradan qalxmasına, intensiv hərəkətin təmin edilməsinə kömək edə bilər.