• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2289
— 21.09.2022 19:58

İstisuya rahat gediş-gəliş təmin ediləcək

KepezTV Player

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri də 82 km uzunluğa malik Toğanalı-Kəlbəcər-İstisu avtomobil yoludur. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən və Toğanalı-Kəlbəcər hissəsi 56, Kəlbəcər-İstisu hissəsi isə 26 km olan yolun Murovdağ tunelinin inşası davam etdirilir. 11600 metr uzunluğundakı tunel bir istiqamət üzrə 2 hərəkət zolaqlı və 12 metr enində olacaq. Avtomobil yolu 2-4 hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir. Layihənin Kəlbəcər-İstisu hissəsində hal-hazırda ərazinin təmizlənməsi və qazma işlərinə başlanılıb. Layihə üzrə tikinti işlərinin 2025-ci ilədək yekunlaşdırılması nəzərdə tutulur.