KepezTV Player
Bu gün bütün dünyada sülh günü kimi qeyd olunur. Dünyanın bir çox yerində hərbi toqquşmalar yaşanan vaxtda, bu günün önəmi daha vacibdir. Gəncədə 80-ə yaxın gəncin iştirakı ilə keçirilən tədbirdə sülhpərvər ölkə olan Azərbaycanın uzun müddət erməni təcavüzünə məruz qalmasından, Vətən müharibəsi ilə işğala son qoyulduğundan söz açılıb. Ölkəmiz üçün Ermənistanla başlanılan sülh müqaviləsi üzərində işin önəmindən bəhs olunub.
- Baxış: 381