• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2256
— 21.09.2022 11:57

İranda 22 yaşlı Məhsa Əmininin ölümü səbəbilə ölkədə kütləvi etirazlar

KepezTV Player

İranda hökümət əleyihinə etiraz aksiyaları keçirilib.Etirazçılar hökumət əleyhinə şüarlar səsləndirib, zibil qutularını yandırıb, bəzi şəhər lövhələrinə ziyan vurublar. Məlumata görə, İranın Kürdüstan əyalətində əxlaq polisi tərəfindən saxlanılan Məhsa Əmininin ölümü ilə bağlı keçirilən etiraz aksiyalarında 3 nəfər ölüb. Polis Əmininin döyülməsi ilə bağlı xəbərləri təkzib edib və bildirib ki, məmurlarla Əmini arasında heç bir fiziki təmas olmayıb.Əmininin olduğu iddia edilən videoda isə polis bölməsində polislə danışan qadının qəfil stula yıxıldığı görünür.Qeyd edək ki, ailəsi ilə Tehrana qohumlarını ziyarətə gedən 22 yaşlı qız Məhsa Əmini Ərşad patrulu tərəfindən həbs olunaraq Əxlaqi Təhlükəsizlik Polisinə təhvil verildikdən bir neçə saat sonra komaya düşüb və Kəsri xəstəxanasında dünyasını dəyişib. Şahidlər, ailə və xəstəxana hesabatları bu gənc qadının təbii səbəblərdən ölümünü inkar etsə də, İran polisi onun "ürək dayanması" keçirdiyini, digər rəsmilər də "əsas xəstəliklər" olduğunu iddia edirlər.