KepezTV Player
Rusiya Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib. Əlavə edib ki, o, artıq müvafiq fərmanı imzalayıb. Səfərbərlik bu gündən başlayacaq. Çağırış yalnız ehtiyatda olan, ilk növbədə təcrübəsi olan vətəndaşlara şamil olunacaq. Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, ehtiyatda olan 300 min nəfər qismən səfərbərliyə çağırılacaq. Rusiya prezidenti Vaşinqtonun Ukraynanı hərbi əməliyyatları Rusiya ərazisinə keçirməyə vadar etdiyini deyərək, nüvə şantajından da istifadə olunduğunu vurğulayıb.
- Baxış: 424