KepezTV Player
ATƏT Baş katibi Azərbaycan-Ermənistan sərhədindəki son toqquşmalardan narahatdır. Bu barədə ATƏT-in Baş katibi Helqa Şmit Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündə bildirib. Baş katib itkilərə görə baş sağlığı diləklərini çatdırıb. Nazir Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası, ərazilərin minalardan təmizlənməsi kimi məsələlərə diqqət çəkib. Son hərbi toqquşmalara və itkilərimizə baxmayaraq, Azərbaycanın sülh müqaviləsi üzrə prosesə vaxt itirmədən başlamağın tərəfdarı olduğunu vurğulayıb. Tərəflər Azərbaycan-ATƏT əməkdaşlığı məsələləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
- Baxış: 408