• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1867
— 20.09.2022 20:32

Xarici qonaqlar qələbə parkını ziyarət ediblər

KepezTV Player

“Jewish News Syndicat” xəbər xidmətinin keçmiş baş redaktoru Jacob Kamaras Gəncəyə səfər edib. Səfər çərçivəsində o, 44 günlük Vətən müharibəsi zamanı Gəncədə Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan əraziyə baş çəkib, Ermənistanın hərbi cinayətləri ilə yerində tanış olub. Qonağa ermənilərin beynəlxalq hüquqa zidd olaraq döyüş meydanından kənarda dinc əhalini hədəfə aldığı diqqətə çatdırılıb. Jacob Kamarasın “The Washington Times”, “Independent Journal Review”, “The American Spectator”, “The Daily Caller”, “CNS News” və digər nəşrlərdə dəfələrlə Yaxın Şərq, Amerika siyasəti və Avrasiya ilə bağlı yazıları dərc olunub.

Jacob Kamaras şirkət təsisçisi: Bəli mənim bu raket zərbələri haqqında məlumatım var. 2 il öncə oktyabrın 20 si biz bu məlumatları oxuduq, eyni zamnada Qarabağ müharibəsi haqqında məlumatları da izləyirdik. 2 gün öncə qarabağı ziyarət etdim, hazırda isə Gəncədəyəm. Gəncə Respublikanın həm ərazi həm əhalisinə görə  ikinci böyük şəhəridir. İki il öncə də mən buranı öz gözlərimlə görmüşəm. Azad olunan ərazilərdə dağıntılar çoxdur. İndi isə gördüm ki, azad edilən torpaqlar inkişaf prosesindədirlər. Yollar, evlər, tikilməkdədir, infrastruktur layihələr həyata keçirilir.Müasir düşüncə ilə texnologiyanın da köməyi ilə işlər daha sürətlə görülür. Ağıllı kəndlər salınır, Zəngilanda olarkən mən bunu müşahidə elədim.İstəyərdim ki, bütün dünyadakı müharibələr sülhlə yekunlaşsın. Ümid edirəm ki, tezliklə sülh müqaviləsi bağlanar.