• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1339
— 20.09.2022 12:55

Serbiya səfiri raket atılan ərazidə olub

KepezTV Player

Serbiyanın Azərbaycandakı səfiri Draqan Vladisavlyeviç Gəncədə səfərdədir. Diplomat Vətən müharibəsi dövründə Ermənistanın raket atdığı ərazidə olaraq mülki insanlara qarşı həyata keçirilən hərbi cinayətlərlə tanış olub. Səfirə məlumat verilib ki, Ermənistan ordusunun Gəncəyə atdığı raketlər nəticəsində aralarında uşaq, qadın və yaşlıların da olduğu 26 nəfər həlak olub, 175 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. 20-dən artıq ev tamamilə dağılıb, 100-dən artıq ev və bir o qədər də obyektə ciddi ziyan dəyib. Serbiya səfiri yaşayış məntəqələrinə edilən hücumu pisləyib.