Gürcüstan polisi paytaxt Tbilisidə ermənilərin Azərbaycan səfirliyi istiqamətində yürüşünü dağıdıb.<br>Hüquq mühafizə orqanlarının əməkdaşları ermənilərə səfirlik binasına yürüş etmələrinə icazə verməyib. Nəticədə yürüş Metexi körpüsü üzərində dayanıb. Bu zaman polislə insident yaşanıb. Ermənilər geri qayıtmaq məcburiyyətində qalıblar.***Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyinin qarşısında da erməni təxribatçıları tərəfindən "aksiya" təşkil olunub.Erməni radikallar Azərbaycan Səfirliyinin binasına yaxınlaşaraq binaya zərər verməyə çalışıblar. Azərbaycanın Fransada fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev Twitter səhifəsində yazıb ki, fransız erməni fanatiklər səfirliyin binasına basqın edirlər:“Səfirlikləri qorumayan və bizim təhlükəsizliklə bağlı haqlı tələblərimizi qulaqardına vuran Fransaya ayıb olsun”- deyə səfir bildirib.
- Baxış: 382