• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2249
— 17.09.2022 20:32

Şəhid hərbi qulluqçularımız torpağa tapşırılıb

KepezTV Player

Şəhid hərbi qulluqçu II Fəxri Xiyabanda torpağa tapşırılıb

Sentyabr 12-dən-13-ə keçən gecə erməni silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan əsgər 2002-ci il təvəllüdlü Qarazadə Nicat Malik oğlunun nəşi yaşadığı Abşeron rayonu, Ceyranbatan qəsəbəsinə gətirilib. Şəhidin vida mərasimi yaşadığı evdə baş tutub.Sonra şəhidin nəşi dəfn olunmaq üçün II Fəxri xiyabana yola salınıb və burada dəfn olunub.Nicat Qarazadə ailənin dördüncü şəhididir.2002-ci il təvəllüdlü şəhid əsgər Qarazadə Nicat Malik oğlu Yardımlı rayon Zənrgənə kənd sakini olub.

Şəhid Eşqin Omarov Ağstafada dəfn olunub

Düşmən təxribatının qarşısını alarkən şəhid olan daha bir əsgər Eşqin Omarov da dəfn edilib. Şəhid Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində torpağa tapşırılıb.Mərhumla vida mərasimi ailəsinin yaşadığı evə keçirilib.Vida mərasimindən sonra şəhid Aşağı Kəsəmən kənd qəbiristanlığında dəfn olunub.Omarov Eşqin Nəsib oğlu 2003-cü ildə Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində anadan olub. O, 1 ilin əsgəri olub.