• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1873
— 17.09.2022 20:42

Çox mərtəbəli binalar mərkəzləşmiş qaydada isdiləcək

KepezTV Player

Bu mövsüm olmasa da Gəncədə də çoxmərtəbəli yaşayış binalarının mərkəzləşdirilmiş qaydada istiliklə təminatı planlaşdırılır. Pilot olaraq nəzərdə tutulan layihə çərçivəsində artıq binalırın sayı və yeri də dəqiqləşdirilir. Mərhələli şəkildə yerinə yetiriləcək işlər sakinlərin rahat və təhlükəsiz qaydada istiliklə təmin olunmasına hesablanıb. Bununla yanaşı hazırda Gəncədə fəaliyyət göstərən qazanxanalarda qış mövsümünə hazırlıq işləri aparılır.

Ötən əsrin 90-cı illərinin əvvəlinə kimi Gəncədə də çoxmərtəbəli binalar mərkəzləşmiş qaydada isdilib. Lakin sovet sisteminin dağılması və müstəqilliyin ilk illərində yaşananlar qazanxana sistemlərinin də dağıdılması ilə nəticələndi. Bu isə illərdir qışda sakinlərin evlərin isidilməsi ilə bağlı problerlər yaşamasına gətirib çıxardı.

İsa Musayev  sakin: Ümumiyyətlə mərkəzi istilik sistemi o vaxtlar çox binalarda var idi və çox yaxşı da təşkil olunmuşdu. O istilik sistemlərini yüksək mərtəbəli binalarda tətbiq etsələr çox yaxşı haldır. Bu çox sərfəlidir. Həm dövlətin büdcəsinə xeyri var. Qaz sərfiyyatı az gedir. Həm də əhalinin xərci az çıxır. Özün qaz çəkib, işıq və sudan istifadə edib istilik sistemi istifadə etməkdənsə mərkəzi istilik sistemi quraşdırılması çox yaxşı hal olar.

Vidadi Salmanov  sakin: Əvvəl binada yaşayıb qazanxanadan istifadə etmişəm. Razı qalmışam və ekologiyamız təmiz olar. İstiyərdim çox razı qalardım.

Uzun illərdən sonra Gəncədə çoxmərtəbəli binalarda mənzillərin mərkəzləşmiş qaydada isidilməsi məsələsi gündəmə gəlib. Artıq bununla bağlı ilkin işlərə də başlanılıb. Şəhərin mərkəzi prospektlərində yerləşən binalarda reallaşdırılması nəzərdə tutulan işlərə gələn il başlanıla bilər.

Sahib Zeynalov Qərb rayonlarında Regional İşçi komissiyasının sədri : Massiv halında yəni 10 və 10 yuxarı 5 mərtəbəli, 4 mərtəbəli binalar üçün mərkəzləşmiş qazanxana nəzərdə tutulur. Respublikamızda əhalimiz tərəfindən Azəristiliyə böyük tələb var. Gələcəkdə də Gəncə şəhərində mərkəzləşmiş formada qazabxanaların tikilməyi nəzərdə tutulub. Nazirlər kabineti tərəfindən o haqda da xüsusi qərar var. 2023-cü ildən başlıyaraq bu tədbirlər nəzərdə tutulur. Binalar, saylar Azəristilik və layihə inistitutları bununla maraqlanır və hazırdır. Gəncədə mərkəzi küçələr olan Heydər Əliyev prospektində və digər şəhərciklərdə nəzərdə tutulub.

Buna qədər isə Gəncə İstilik Sistemləri İdarəsinin balansında olan 20 qazanxanaya ilkin baxış keçirilib. 6-sı məktəb, 4-ü baxça, 10-u poliknika və xəstəxana üçün olan bu qurğularda cari təmir işləri aparıb. Qaz xətlərində olan sızmaların qarşısı alınıb, borular su ilə doldurulub.

Şəmistan Qasımov  çilingər: Sistem kimyəvi üsulla yuyulub. Qazanların içi, eləcə də qazanxanaların daxili sistemləri hamısını qış mövsümünə hazır vəziyyətə gətirmişik. Hal hazırda bütün qazanxanalar qış mövsümünə tam hazırdır. Problem olarsa tez bir müddətdə onu aradan qaldırırıq.

Nazirlər kabinetinin sərəncamına uyğun olaraq qış mövsümünə keçid noyabırın 15-dən başlayır və aprel ayının 15-nə kimi davam edir.

Elnur Vahidoğlu