• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1384
— 17.09.2022 20:34

Gənc müəllimlərlə görüş keçirilib

KepezTV Player

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsində uğur qazanaraq müddətsiz müqavilə ilə çalışmaq imkanı əldə edən müəllimlərlə görüş keçirilib. Peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyindən dbəhs edilib. Bu tədris ili üçün Gəncənin orta məktəblərinə 47, Göygöldə 52, Daşkəsənddə 60, Goranboyda 39, Naftalanda 2 və Samuxda 26 nəfər şərəfli müəllim adına layiq görülüb.Müsabiqədə yüksək nəticə göstərən müəllimlərə hədiyyələr təqdim edilib.

Anar Qədiməliyev Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri:Bu prosesi necə keçə bilərlər məsələsini aşılamaqdır. Eyni zamanda müəllim işinin nə qədər nüfuzlu, nə qədər vacib, nə qədər şərəfli bir iş olduğunu və prosesin nə qədər rəqabətdə qazandım kimi deyildə uğurlu bir xoş gəldin tədbiri ilə təşkil etməkdir.

Günay Şərifova müəllimə: 2022-ci il müəllimlərin işə qəbulu imtahanında iştirak edərək 91,25 balla Göygöl rayon Almədətli kənd orta məktəbinə tarix fənni üzrə vakansiyada yer tutmuşam. Mən çalışacam ki, tədris elədiyim müddətdə bütün şagirdlərimizə həm keçmişimizi öyrədim, həm də gələcəyimizlə bağlı, düşmənlərimizlə bağlı onlara tədbirli olmağımızı öyrədim və öz töhfələrimi təhsilimizə verim.

Günay Novruzzadə müəllimə: Göygöl rayon Səməd Vurğun adına 3 saylı orta məktəbi bitirmişəm. Müəllimlərin işə qəbulu imtahanında 99, 75 bal toplayaraq Gəncə şəhər 5 nömrəli orta məktəbin tarix müəlliminə qəbul olmuşam. Ən böyük arzum şagirdlərimizi Azərbaycan qarşı vətənpərvərlik ruhunda böyütmək və şanlı tariximizi onlara mənimsətməkdir.