• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1757
— 17.09.2022 20:36

Müdafiə Nazirliyi şəhidlərin və yaralanan hərbçilərin sayını açıqlayıb

KepezTV Player

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı şəhid olan hərbi qulluqçuların yeni siyahısı açıqlanıb.Siyahıda 79 şəhidin adı göstərilib. Daha əvvəl bu rəqəm 77 idi.Adı açıqlanan iki şəhid baş leytenant Nәcәfzadә Hüseyn Abbasqulu oğlu və әsgәr Omarov Eşqin Nәsib oğludur.Düşmənin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 43 nəfər ilkin tibbi yardımdan sonra ordu sıralarına qayıdıb, 115 nəfərin vəziyyəti kafi, 103 nəfər orta-ağır, 21 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir. Eyni zamanda Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycan tərəfindən 2 mülki şəxs də yaralanıb. Yaralanan mülki şəxsdən 1 nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb, 1 nəfərin vəziyyəti isə orta-ağır qiymətləndirilir.