• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1236
— 16.09.2022 19:25

Snayper olan hərbçimiz son mənzilə yola salınıb

KepezTV Player

Dörd qardaş və bir bacı.. Beşi də Vətən Uğrunda Xidmət edir... Onlardan üçü hərbçi ikisi isə işğaldan azad olunan ərazilərimizdə yenidənqurma işləri ilə məşğul olur. Tovuzun Əsrik-Cırdaxan kəndində yaşayan Nəsibovlar ailəsinin son beşiyi Kənan Cəbrayıl oğlu Nəsibov üç ildir ki, Müddətdən Artıq Həqiqi Hərbi Xidmət Qulluqçusu idi. Senytabrın 13-ü düşmənin Kəlbəcər rayonu istiqamətində törətdiyi genişmiqyaslı təxribatların qarşısını alan Komando snayperi Kənan Nəsibov hərbçi yoldaşları ilə birlikdə əks-həmlə əməliyyatlarında düşmənə qarşı şücaətlə vuruşaraq bir neçə mövqeni işğaldan azad ediblər. Döyüşlərin birində Kənan dəqiq atəşlə düşmənin iki təminat dolu avtomobilini məhv edib.  Növbəti üzbəüz döyüşlərindən birində hərbçimiz aldığı güllə yarasından şəhadətə ucalıb. Bir neçə gün nəşi neytral ərazidə qalan hərbçimiz bu gün doğulub boya-başa çatdığı kənddə torpağa tapşırılıb. Rayon ictimaiyyətinin nümayəndələri, şəhid və qazi ailələrinin iştirakı ilə şəhidimiz son mənzilə izdiham və hərbçilərin yaylım atəşi ilə yola salınıb. Şəhidimizin tabutunun büküldüyü üçrəngli dövlət bayrağı atasına təqdim edilib. 23 yaşlı şəhidimiz subay idi.