• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1217
— 16.09.2022 19:23

Turxan Süleymanov torpağa tapşırılıb

KepezTV Player

Erməni təxribatının qarşısını alarkən şəhid olan 2002-ci il təvəllüdlü müddətdən artıq xidmət edən Turxan Süleymanov Daşkəsən Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Dəfn mərasimində Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanları, idarə və müəssisə rəhbərləri, hərbçilər, şəhid ailələri, qazilər, rayon ictimaiyyəti və KİV nümayəndələri iştirak ediblər. Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev şəhidin tabutuna bürünmüş Azərbaycan bayrağını onun atası İdris Süleymanova təqdim edib. Dəfndə fəxri qarovul düzülüb, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub və yaylım atəşi açılıb.