• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2337
— 15.09.2022 11:43

Prezident İlham Əliyev Özbəkistana səfər edib

KepezTV Player

Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Səmərqəndə səfər edib. Dövlət başçısı Şanxay Əməkdaşlıq Təşkilatının dövlət başçılarının Zirvə görüşündə iştirak edəcək.Prezident İlham Əliyev Səmərqənddə Özbəkistanın birinci Prezidenti İslam Kərimovun məqbərəsini ziyarət edib, məzarı önünə gül dəstəsi qoyub. Səfər çərçivəsində dövlət başçısının Özbəkistanlı həmkarı Şavkat Mirziyoyev ilə görüşü olub. Prezident kənd təsərrüfatı, pambıqçılıq, trikotaj, nəqliyyat, sənaye, ticarət və digər sahələrdə əlaqələrimizin inkişafında konkret nəticələrin olduğunu bildirib. Bütövlükdə iqtisadi-ticari əlaqələrimizin sürətlə inkişaf etdiyini vurğulayan dövlət başçısı da mədəniyyət xadimlərimizin qarşılıqlı təltif edilməsini müsbət hal kimi dəyərləndirdi. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.