KepezTV Player
Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı şəhid olan Azərbaycan ordusunun leytenantı, 24 yaşlı Erkin Ədalət oğlu Hüseynovun cənazəsi də bu gün torpağa tapşırılıb. Dəfn mərasimində şəhər rəsmiləri, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak edib. Müddətdən artıq hərbi qulluqçu kimi xidmət edən zabitimiz ailənin tək övladı olub. Bakı Dövlət Universitetinin məzunu olan şəhidimizlə vidalaşmaq üçün mərasimdə onun müəllimləri və tələbə yoldaşları da iştirak ediblər.
- Baxış: 434