• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1791
— 14.09.2022 16:03

Düşmən təxribatı nəticəsində yaralanan şəxs əməliyyat olunacaq

KepezTV Player

Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində genişmiqyaslı təxribatı nəticəsində iki mülki şəxs də yaralanıb. Onlardan biri Kəlbəcər rayonu Ağdaban kənd sakini Arzuman Orucovdur. Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Digəri isə düşmən tərəfindən açılan atəş nəticəsində xəsarət alan Kəlbəcər rayonu Dəmirçidamı kəndi ərazisində heyvandarlıqla məşğul olan rayonun Bozlu kənd sakini 1975-ci il təvəllüdlü Asim Musayevdir. Yaralandıqdan sonra o, Gəncəyə gətirələrək Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasına yerləşdirilib. Daha sonra isə Asim Musayev özəl tibb müəssisələrindən birinə köçürülüb.