• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1433
— 14.09.2022 16:07

Toyundan 20 gün sonra şəhid oldu

KepezTV Player

Ermənistan Silahlı Qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan Azər Məmmədovun nəşi Qazax rayonun Kəmərli kəndinə gətirilib. Onunla vida mərasimi doğulub, boya-başa çatdığı kənddə, bir ay öncə toyunun olduğu evdə keçirilib. Vida mərasimində şəhidin yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri, sakinlər, hərbçilər iştirak edib. 29 yaşlı hərbçi kənd qəbirstanlığında böyük izdihamla son mənzilə yola salınıb. Azər Məmmədov Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu kimi vətən torpaqlarının keşiyində durub.

Düşmən təxribatı nəticəsində eyni kənddən şəhid olan Yunis Kazımov da dəfn edilib. Son mənzilə böyük izdihamla yola salınan şəhid Xüsusi Təyinatlı Qüvvələrin zabiti olub. O, 44 günlük vətən müharibəsində də iştirak edib. Yunis Kazımov Kəlbəcər istiqamətində düşmən təxribatının qarşısını alarkən şəhadədə ucalıb. Vətən uğrunda canından keçən baş leytenant Xocavənd, Qubadlı, Hadrut, Cəbrayıl və Şuşanın azad olunmasına görə medalları, "Azərbaycan Bayrağı" Ordeni ilə təltif olunmuşdu. Torpağa tapşırıldıqdan sonra üçrəngli bayrağımız şəhidin atasına təqdim edildilib və havaya yaylım atəşi açılıb. Qəhrəmancasına şəhid olan Yunis ailəli idi və onun 3 aylıq oğlu vətənə əmanət qalıb.

Azərbaycan ordusunun  şəhid olan Hərbi qulluqcusu Azad   Kərimov Qazaxda dəfn edilib. O   doğulduğu  Daşsalahlı  kəndində   torpağa tapşırılıb. Vida mərasimində  şəhidin yaxınları  ilə  yanaşı  ictimayyət nümayəndələri iştirak edib.   Şəhidlər xiyabanında dəfn edilən Azad Kərimov ailəli olub onun 1 və  3 yaşlı övladları  vətənə əmanət qalıb.

Goranboyda Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbi qulluqçusu leytenant Şirinov Ömər Muğan oğlu dəfn edilib. Kəlbəcər rayon sakini olan 1999-cu il təvəllüdlü Şirinov Ömər Muğan oğlunun nəşi rayonun Ağcakənd qəsəbəsində doğulduğu evə gətiriləndən sonra yaşadığı evdə vida mərasimi keçirilib. Daha sonra 24 yaşlı şəhidimiz Ağcakənd kənd qəbiristanlığında torpağa tapşırılıb. Şəhid tabutuna bükülən üçrəngli bayraq Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən şəhidin atasına təqdim olunub. Daha sonra havaya yaylım atəşi açılıb.