• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1172
— 14.09.2022 16:10

Şəhid gizir Asiman İmamverdiyev dəfn edilib

KepezTV Player

Şəhid gizir Asiman İmamverdiyev Gəncədə dəfn edilib. Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi genişmiqyaslı təxribat zamanı şəhid olan Azərbaycan ordusunun hərbi qulluqçusu, gizir, 1988-ci il təvəllüdü İmamverdiyev Asiman Mehman oğlu ilə yaşadığı evdə vida mərasimi baş tutub. Sonra şəhid Gəncənin Şəhidlər xiyabanında dəfn edilib. Dəfn mərasimində şəhidin ailə üzvləri, Gəncə rəhbərliyi, ictimaiyyət nümayəndələri, şəhər sakinləri və hüquq mühafizə orqanlarının əməkdaşları iştirak edib. Qeyd edək ki, iki bacının bir qardaşı olan gizir ailəli idi, bir qız, bir oğul övladı var.